https://innews.media/uploads/news/2025-09/_innews_3488f1e3f57ee13f5400b2229_o.jpg
Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.
Dövlət başçısı burada Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən balaca Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb.
Balaca Nilay Prezidentlə görüşü barədə təəssüratlarını belə ifadə edib:
“Soruşdu ki, harada qalıram, neçənci sinifdə oxuyuram? Cavab verdim ki, ikinci sinifdə oxuyuram. O park tikilən yerdə əvvəl evimiz olmuşdu. Ora bomba atdılar, evimiz dağıldı.”
Nilayın ürəkdağlayan sözləri Gəncə faciəsinin dəhşətlərini bir daha xatırladaraq mərasim iştirakçılarını dərin kədərə boğdu.