logo
Qazaxstanda keçirilən beynəlxalq teatr festivalında Azərbaycan uğuru

Qazaxstanda keçirilən beynəlxalq teatr festivalında Azərbaycan uğuru

Qazaxstanda keçirilən beynəlxalq teatr festivalında Azərbaycan uğuru Qazaxstanda keçirilən beynəlxalq teatr festivalında Azərbaycan uğuru

3-cü "BİKENFEST" Beynəlxalq Teatr Festivalı Qazaxstanda keçirilib. Nüfuzlu tədbirdə Qazaxstan, Özbəkistan, Gürcüstan, Qırğızıstan kimi ölkələrin Akademik Dram Dövlət teatrları ilə yanaşı, Azərbaycandan təsisçisi Xalq Artisti Vidadi Həsənov olan müstəqil "M.Teatr" da iştirak edib.

Festival çərçivəsində "M.Teatr" Stefan Sveyqin "Yad qadının məktubu" tamaşası ilə çıxış edib. Yarışmada Azərbaycanın tanınmış teatr və kino aktrisası Oksana Rəsulova "Ən yaxşı qadın rolu" nominasiyasının qalibi olub. Bu uğur festivalda Azərbaycan teatr sənətinin yüksək səviyyəsini bir daha nümayiş etdirib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin