logo
AMEA əməkdaşlarının əsərlərindən ibarət sərgi açıldı

AMEA əməkdaşlarının əsərlərindən ibarət sərgi açıldı

AMEA əməkdaşlarının əsərlərindən ibarət sərgi açıldı AMEA əməkdaşlarının əsərlərindən ibarət sərgi açıldı

16 sentyabr tarixində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda AMEA əməkdaşlarının rəsm əsərlərindən ibarət “Elmi idrakla bədii düşüncənin qovşağında” adlı sərgisi təşkil olunmuşdu.

Sərgini giriş sözü ilə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov açdı və sərgi iştirakçılarını salamlayaraq əsərləri nümayiş olunan rəssamları təbrik etdi. Söz Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyliyə verildi. Sərgi haqqında ətaflı danışan İsa Həbibbəyli Akademiyanın 80 illik yubileyi ərəfəsində təşkil olunan sərginin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Sərginin rəsmi açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Milli Məclisin deputatı Fazil Mustafa, Xalq rəssamı, akademik Ömər Eldarov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü Ertəkin Salamzadə və başqaları danışaraq nümayiş olunan əsərlərin bədii keyfiyyətindən və müəlliflərin yaradıcılıq uğurlarından söz açdılar. Vurğulandı ki, sərginin keçirilməsində məqsəd AMEA əməkdaşlarının yaradıcılıq qabiliyyəti və bədii istedadlarını üzə çıxarmaq, onların elmi fəaliyyətlə yanaşı, mədəni-mənəvi zənginliklərini nümayiş etdirmək və şəxsi yaradıcılıq potensialını geniş ictimaiyyətə təqdim etməkdir. Sərgi ayın sonuna kimi davam edəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin