logo
CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ NARKOTİK VƏ PSİXOTROP MADDƏLƏRİN KEÇİRİLMƏSİNİN QARŞISI ALINIB

CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ NARKOTİK VƏ PSİXOTROP MADDƏLƏRİN KEÇİRİLMƏSİNİN QARŞISI ALINIB

CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ NARKOTİK VƏ PSİXOTROP MADDƏLƏRİN KEÇİRİLMƏSİNİN QARŞISI ALINIB CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ NARKOTİK VƏ PSİXOTROP MADDƏLƏRİN KEÇİRİLMƏSİNİN QARŞISI ALINIB

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Məhkumla qısamüddətli görüşə gəlmiş qohumunun üzərinə baxış keçirilən zaman 2 ədəd sellofan bükülüdə çəkisi 8,212 qram heroin və 4,873 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin