logo
Neftçala və Tovuzda yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub

Neftçala və Tovuzda yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub

Neftçala və Tovuzda yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub Neftçala və Tovuzda yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Neftçala və Tovuz rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Araşdırma zamanı Neftçala rayonunun Aşağı Surra kəndi və Tovuz rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 28210 manat məbləğində ziyan dəydiyi  müəyyən edilib.

Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin