https://innews.media/uploads/news/2025-08/_innews_a38f70d24eed8ffce8dd1eb91_o.jpg
Yeniyetmə qız və oğlan voleybolçular arasında Azərbaycan birinciliyi keçiriləcək.
Bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Oktyabrda start götürəcək çempionat üç yaş qrupunu (U-14, U-16, U-18) əhatə edəcək.
Yarışda iştirak etmək istəyən komandalar sentyabrın 1-nə kimi federasiyaya müraciət edə bilərlər.
Ötən mövsüm olduğu kimi, bu dəfə də birincilikdə Bakı və region komandalarının iştirakı nəzərdə tutulub.