https://innews.media/uploads/news/2025-08/_innews_64cb38ba850a85eb1dd74fc59_o.jpg
15 Avqust 2025-ci il tarixində "Təxəyyül Art Group"un rəhbəri, xalçaçı rəssam - Natiq Nəcəfzadə və qrup müavini, rəssam, qrafik dizayner, - Vüsalə Yunusovanın təşkilatçılığı, "Azərbaycan Xalçaçıları" ictimai birliyinin dəstəyi ilə Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda "Təxəyyülün İncə Çalarları” adlı 2-ci dekorativ-tətbiqi sənət qrup sərgisi keçirildi. Bu sərgi Azərbaycan incəsənət mühitinə yeni bir nəfəs gətirdi.
Sərgidə ölkənin müxtəlif bölgələrindən olan 50-yə yaxın rəssam, sənətkar öz əsərləri ilə iştirak etmişlər. Burada dekorativ-tətbiqi sənətin 150-yə yaxın müxtəlif növləri - təkəlduz, keçə, qurama, ağacoyma, zərgərlik məmulatları, xalça, qobelen, keramika, bədii metal, bədii şüşə, dekorativ çanta, muncuqlama, kukla sənəti, mismarlı sapdan kompozisiya, dekorativ rəngkarlıq kimi əsərlər yer almışdır.
İlk növbədə sərginin açılışında "Təxəyyül Art Groupun" rəhbəri - Natiq Nəcəfzadə və qrup müavini - Vüsalə Yunusova çıxış edərək gələn qonaqları salamladılar, sərgidə iştirak edən sənətkarlara gələcək işlərində uğurlar arzuladılar. Sonra ARİ-nın dekorativ-tətbiqi sənət şöbəsinin müdürü, Xalq rəssamı - Aydın Rəcəbova söz verildi. O, sərginin gözəl sənət nümunələrindən ibarət olduğunu vurğuladı. Bunun ardınca sərgiyə dəvət olunan Fəxri qonaqlar qismində Tarek M.Aboul-Fotouh - Doktor, Professor, Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Gülağa Ələsgərov - dosent, texnika elmləri üzrə fəlsəfə doktoru, Kübra Əliyeva - Professor Əməkdar incəsənət xadimi Salman Əliyev - GYF-nin keçmiş vitse-prezidenti, Zakir Ağdamlı - şair, çıxış edərək "Təxəyyül Art Group"-na gələcək layihələrində də uğurlar arzuladılar.
Sərginin açılışında iştirak edən Fəxri qonaqların çıxışlarından sonra qrup müavini - Vüsalə Yunusova həmçinin digər fəxri qonaqlara - Ağaəli İbrahimov - Xalq rəssamı, professor, ARİ-nin katibi, Arif Əziz - Xalq rəssamı, professor, "Yeni Era" Dünya Rəssamlıq Akademiyasının akademiki, Röya Tağıyeva - AXİB-nin sədri, professor, Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, Əkbər Qoşalı - Beynəlxalq "Alaş" mükafatı laureatı, Nardanə Yusifova - Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, dosent, Zərəngiz Dəmirçi Qayalı - Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq Rəsul Rza və Beynəlxalq Mahmud Kaşğari mükafatları laureatı, şairə- publisist daim bizə dəstək olduqlarına görə qrup adından onlara da öz dərin təşəkkürünü bildirdi.
Sərginin rəsmi açılışından sonra qrupun nəğməkar şairi - Elşən Sabiroğlu "Təxəyyül Art Group"a həsr etdiyi "Təxəyyül Ailəsi" adlı musiqini ifa etdi. Sərginin rəsmi açılışı həyata keçirildi və qırmızı lent kəsildi. Tədbir iştirakçıları müxtəlif mövzu və üslublara malik olan əsərləri izləyərək yaradıcıların sənət dünyası ilə yaxından tanış oldular.
Sərginin bədii proqramında xoreoqraf - Rasimə Əhmədovanın quruluşunda, Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından "Qızların rəqsi" səhnələşdirildi. Arşın malçı rolunda qrupun nəğməkar şairi - Elşən Sabiroğlu və "Təxəyyül Art Group"un nəzdində "İncilər" rəqs ansabılının üzvləri - Rasimə Əhmədova, Tamara Kontsedaylo, Vüsalə Yunusova, Vüsalə Əsədova, Məryəm Əsgərova, Cəmilə Əsgərova, Gözəl İsmayılova çıxış etdilər. Həmçinin kvartetin xanımları - Aynur Yunusova, Vüsalə Yunusova, Aynur İsmayılova və Aysu Fərhadovanın ifasında, Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından "Gözəlim, yar gözəlim" ariyası ifa olundu. Şairin ifası, rəqs, kvartetin çıxışı tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılandı və tədbirin bədii proqramına xüsusi rəng qatdı.
Bədii proqram bitdikdən sonra bütün sərgi iştirakçılarına sertifikatlar təqdim olundu. Aşıq Nərmin Cəlalzadə öz musiqi ifası ilə sərgi iştirakçılarını təbrik etdi. Qrupun Nəğməkar şairi - Elşən Sabiroğlu qrup üzvlərinə həsr etdiyi digər şerini səsləndirdi.
Yekunda tədbir iştirakçıları ilə birlikdə birlik, bərabərlik rəmzi olan "Yallı" rəqsi ifa olunduqdan sonra tədbir bağlanışı xoş xatirələrlə yadda qaldı.
Sərginin bədii proqramının təşkilatçılığında göstərdiyi dəstəyə görə Azərbaycan Rəssamlar İttifaqının üzvü- Qənirə Əsgərovaya, milli geyimlərə görə Vüsalə Əsədovaya, Tünzalə Ağabalayevaya, Rəhilə Cəfərovaya, Media dəstəyinə görə Xalq qəzetinin əməkdaşı jurnalist - Fidan Hüquqqızı, Azpress.az saytının fotomüxbiri - Rüstəm Fərman, fotoqraf - Semyon Şalmeyev, operatorlar - Sərvər Kamranlı, Rasim Nəcəfova öz dərin təşəkkürümüzü bildiririk.
Sərginin keçirilməsində əsas məqsəd "Təxəyyūl ART Group" unun çoxṣaxəli fəaliyyətini göstərərək Azərbaycan incəsənətini təbliğ etmək, gəncləri cəlb etməklə incəsənəti qoruyub saxlamaqdır.