logo
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlayıb

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlayıb

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlayıb Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlayıb

İyulun 26-da saat 05 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən “İmamzadə” məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1996-cı il təvəllüdlü Elvin Məmmədovun bıçaqla xəsarətlər yetirərək Nadir Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin