logo
Göyçayda zəlzələ baş verib - dağıntı və xəsarət yoxdur

Göyçayda zəlzələ baş verib - dağıntı və xəsarət yoxdur

Göyçayda zəlzələ baş verib - dağıntı və xəsarət yoxdur Göyçayda zəlzələ baş verib - dağıntı və xəsarət yoxdur

Bu gün saat 11:03-də Göyçay rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkan İsmayıllı stansiyasından 35 km cənub-qərbdə baş verib, maqnitudası 4, dərinliyi isə 16 km olub.

Zəlzələlərin Tədqiqatı Bürosunun açıqlamasına əsasən, təkanlar episentrdə – Göyçay rayonunda 4 bala yaxın, Qəbələ, Ağdaş və ətraf məntəqələrdə isə 3 bala qədər hiss olunub.

Fövqəladə Hallar Nazirliyi bildirib ki, hadisə ilə bağlı Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata görə, heç bir dağıntı və ya insan xəsarəti qeydə alınmayıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin