logo
Çimərlik voleybolçularımız EEVZA çempionatında pley-offa yüksəliblər

Çimərlik voleybolçularımız EEVZA çempionatında pley-offa yüksəliblər

Çimərlik voleybolçularımız EEVZA çempionatında pley-offa yüksəliblər Çimərlik voleybolçularımız EEVZA çempionatında pley-offa yüksəliblər

Çimərlik voleybolçularımız Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında pley-off mərhələsinə yüksəliblər.

İyunun 30-da Latviyanın Cesis şəhərində çimərlik voleybolu üzrə 18 yaşadək qız və oğlanlar arasında EEVZA çempionatına start verilib. Latviya, Litva, Estoniya, Polşa, Ermənistan, Gürcüstan və Ukrayna yığmalarının mübarizə apardığı çempionatda ölkəmiz iki qız və bir oğlan komandası ilə təmsil olunur.

Oğlanların yarışında komandamız (İbrahim Məmmədov / Muhəmməd Aslanlı) qrup mərhələsində Latviya və Estoniya yığmalarını 2:0 hesabı ilə məğlub edərək pley-off mərhələsinə yüksəlib. Bu mərhələdə təmsilçilərimiz Litva komandası ilə qarşılaşacaq.

Qızlarımız isə qrup mərhələsində mübarizəni dayandırıblar.

Qeyd edək ki, yarışa iyulun 3-də yekun vurulacaq. İlk üç pilləni tutan komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin