logo
Brilyant qaşlar aşkar edilib

Brilyant qaşlar aşkar edilib

Brilyant qaşlar aşkar edilib Brilyant qaşlar aşkar edilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. 

Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükünə baxış zamanı monitorda şübhəli təsvirlər müşahidə olunub və gömrük yoxlaması tətbiq edilib. 

Yoxlama nəticəsində həmin şəxsin çamadanında gömrük nəzarətindən gizlədilən 24 ədəd kiçik ölçülü sellofan paketlərdə 700.60 karat brilyant qaşlar aşkarlanıb. 

Faktla bağlı araşdırma aparılır. 

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin