logo
İlin ən irimiqyaslı musiqi gecəsində qatarların hərəkət vaxtı uzadılacaq

İlin ən irimiqyaslı musiqi gecəsində qatarların hərəkət vaxtı uzadılacaq

İlin ən irimiqyaslı musiqi gecəsində qatarların hərəkət vaxtı uzadılacaq İlin ən irimiqyaslı musiqi gecəsində qatarların hərəkət vaxtı uzadılacaq

Bakı Metropoliteni iyulun 27-də Bakı Olimpiya Stadionunda baş tutacaq dünya şöhrətli ifaçı Castin Timberleykin konserti ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.

Tədbirin saat 20:00-da başlanması nəzərə alınaraq, metro stansiyalarının iş vaxtı iyulun 27-dən 28-nə keçən gecə 2 saat uzadılacaq. Bütün stansiyaların girişi saat 00:00-dan 02:00-dək açıq olacaq.

Məqsəd konsert iştirakçılarının gec saatlarda ictimai nəqliyyata çıxışını asanlaşdırmaq, onları mənzilbaşına rahat və təhlükəsiz çatdırmaqdır.

Konsert məkanına rahat gediş-dönüş üçün iştirakçılara “Koroğlu” stansiyasının 3 və 4-cü çıxışlarından istifadə etmək tövsiyə olunur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media