logo
Aqrar Sığorta Fondu: Quşçuluq və arıçılıq təsərrüfatlarının da sığortalanması planlaşdırılır

Aqrar Sığorta Fondu: Quşçuluq və arıçılıq təsərrüfatlarının da sığortalanması planlaşdırılır

Aqrar Sığorta Fondu: Quşçuluq və arıçılıq təsərrüfatlarının da sığortalanması planlaşdırılır Aqrar Sığorta Fondu: Quşçuluq və arıçılıq təsərrüfatlarının da sığortalanması planlaşdırılır

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov kənd təsərrüfatında risklərin azaldılması və fermer fəaliyyətinin davamlılığını təmin etmək məqsədilə həyata keçirilən tədbirlər barədə danışıb. O, fondun fəaliyyət istiqamətləri, görülən işlər və qarşıya qoyulan hədəflər barədə mediaya açıqlama verib.

Sadıqov bildirib ki, "Aqrar Sığorta" sistemi fermerlər üçün dayanıqlı təsərrüfat modelinin qurulmasında mühüm rol oynayır və artıq ölkə üzrə əkin sahələrinin 20 faizi bu mexanizmlə sığortalanır. Fondun xidmətləri hazırda Azərbaycanın 96 faiz ərazisində əlçatandır.

“Bu ilin ilk altı ayında sığorta haqları üzrə toplanan məbləğ 13 milyon manatı keçib. İstehlakçılara ödənilən kompensasiya isə artıq 4,5 milyon manatdan çoxdur”, – deyə o vurğulayıb.

Bitkiçilik liderlik edir, heyvandarlıqda stimullaşdırma gözlənilir

Hazırda sığorta ödənişlərinin əsas hissəsi bitkiçilik sektoru üzrə həyata keçirilir. Xüsusilə, buğda və digər taxıl bitkiləri üzrə zərərlərin əvəzlənməsi üstünlük təşkil edir. Bununla belə, Fond heyvandarlıq sektorunu da geniş əhatə etmək niyyətindədir.

Fuad Sadıqov qeyd edib ki, bala atma və doğuş zamanı tələfat, eləcə də xəstəlik halları sığorta riskləri siyahısına əlavə ediləcək. Bununla yanaşı, quşçuluq və arıçılıq təsərrüfatlarının da sığortalanması üçün hüquqi baza formalaşdırılır:

“Düşünürük ki, ilin sonunadək artıq quşçuluq və arıçılıq təsərrüfatlarını da aqrar sığorta sisteminə daxil edə biləcəyik. Müvafiq qanunvericilik və normativ aktlara dəyişikliklər təqdim olunub.”

Süni intellekt kənd təsərrüfatı risklərini modelləşdirəcək

Fond tərəfindən kənd təsərrüfatında süni intellekt texnologiyalarının tətbiqi də genişləndirilir. Hazırda bu texnologiya vasitəsilə hadisələrin baş vermə ehtimalı və ərazilər üzrə risk göstəriciləri hesablanır.

Sadıqov bildirib ki, gələcəkdə sığorta tariflərinin müəyyənləşdirilməsi və zərərlərin qiymətləndirilməsi də məhz süni intellekt vasitəsilə aparılacaq. Məsələn, müəyyən ərazidə hansı bitkinin əkilməsinin tövsiyə olunmaması ilə bağlı qərarlar da sistem vasitəsilə formalaşacaq.

“Elektron kənd təsərrüfatı informasiya sistemi və birkalama tamamlanmadan heyvanların sığortası mümkün deyil. Amma bu prosesi genişləndirmək üçün texniki hazırlıqlarımız davam edir”, – deyə Fond sədri əlavə edib.

Aqrar sığorta daha güclü maliyyə dayanıqlığı və fermer dəstəyi deməkdir

Qeyd edək ki, aqrar sığorta haqlarının 50 faizi dövlət tərəfindən maliyyələşdirilir. Bu isə fermerlər üçün maliyyə yükünü azaldır və fəaliyyətlərini daha etibarlı şəkildə davam etdirməyə imkan yaradır. Fondun strateji hədəfi isə əhatə dairəsini genişləndirməklə, kənd təsərrüfatında risklərin minimuma endirilməsi və daha dayanıqlı inkişaf modelinin qurulmasıdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin