https://innews.media/uploads/news/2025-07/_innews_aa961835f156b1135739d390c_o.jpg
Mərkəzi Bankın İnformasiya texnologiyaları əməliyyatları departamentinin direktoru Sadiq Axundov “ICPC” qlobal icmasının ABŞ-də Silikon Vadisində keçirilən görüşündə iştirak edib.
“ICPC” qaliblərindən biri olan Sadiq Axundov görüşdəki çıxışı zamanı “ICPC”nin 49-cu dünya finalının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən, həmçinin ölkənin innovasiya və texnologiya sahəsindəki inkişafına verəcəyi töhfəsindən bəhs edib.
Sadiq Axundov ABŞ səfəri çərçivəsində “ICPC”nin icraçı direktoru Vilyam Pauçer, “Open AI” şirkətinin İdarə Heyətinin üzvü və “Quora” şirkətinin həmtəsisçisi Adam Deanjelo ilə görüşərək müsabiqəyə hazırlıqla bağlı fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Mərkəzi Bankın tərəfdaşlığı ilə 31 avqust–5 sentyabr tarixlərində “ICPC”nin 49-cu dünya finalı Bakıda keçiriləcək.