logo
Taleh Kazımov İsveçrə Milli Bankının sədri Martin Şlegel ilə görüşüb

Taleh Kazımov İsveçrə Milli Bankının sədri Martin Şlegel ilə görüşüb

Taleh Kazımov İsveçrə Milli Bankının sədri Martin Şlegel ilə görüşüb Taleh Kazımov İsveçrə Milli Bankının sədri Martin Şlegel ilə görüşüb

Mərkəzi Bankın sədri Taleh Kazımov İsveçrə Milli Bankının sədri Martin Şlegel ilə görüşüb.

İsveçrəli sədrin Azərbaycana ilk işgüzar səfərində  baş tutmuş bu görüş zamanı qlobal iqtisadiyyat və maliyyə bazarlarında gedən proseslər, ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi üzrə prioritetlər, eləcə də maliyyə sektorunun inkişafına dair rəqəmsal təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin ölkələr arasında tərəfdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib və qurumlar arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin