logo
Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər Komitəsi: Birgə Mədəni Tərəfdaşlıq

Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər Komitəsi: Birgə Mədəni Tərəfdaşlıq

Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər Komitəsi: Birgə Mədəni Tərəfdaşlıq Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər Komitəsi: Birgə Mədəni Tərəfdaşlıq

Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdə Yaşayan Həmvətənlərlə İş üzrə Komitəsinin sədri Kaxraman Sariev, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və ölkəmizin Özbəkistandakı səfirliyinin birinci katibi Vüqar Məmmədov arasında görüş keçirilmişdir.

Görüş zamanı qeyd olunmuşdur ki, müasir dövrdə xalq diplomatiyası dövlətlər və beynəlxalq tərəfdaşlar arasında qarşılıqlı etimadın, anlaşmanın və əməkdaşlığın gücləndirilməsində təsirli vasitə kimi mühüm rol oynayır. Azərbaycan və Özbəkistan xalqları əsrlərboyu formalaşmış qohumluq əlaqələri, ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərlə bir-birinə bağlıdır. Söhbət çərçivəsində vurğulanmışdır ki, hər iki ölkə liderlərinin siyasi iradəsi sayəsində Azərbaycan–Özbəkistan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, qarşılıqlı etimad və hörmətə əsaslanan müttəfiqlik səviyyəsinə yüksəlmişdir.

Görüşün yekununda ortaq mədəni irsimizin təbliği, mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə tədbir və layihələrin reallaşdırılması ilə bağlı təkliflər irəli sürülmüş və bu istiqamətdə müvafiq razılaşmalar əldə olunmuşdur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin