logo
“Opera Günləri” layihəsinin təntənəli bağlanış konserti Dənizkənarı Milli Parkda baş tutacaq

“Opera Günləri” layihəsinin təntənəli bağlanış konserti Dənizkənarı Milli Parkda baş tutacaq

“Opera Günləri” layihəsinin təntənəli bağlanış konserti Dənizkənarı Milli Parkda baş tutacaq “Opera Günləri” layihəsinin təntənəli bağlanış konserti Dənizkənarı Milli Parkda baş tutacaq

İyulun 10- da saat 20:00-da Dənizkənarı Milli Parkda “Opera Günləri” layihəsinin bağlanış konserti baş tutacaq. Dövlət Akademik Opera və Balet Teatrı və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək konsertdə Teatrın Simfonik Orkestri və Xoru çıxış edəcək. Gecədə, həmçinin klassik musiqi ilə estrada sənətinin nadir sintezi təqdim olunacaq.

Proqramda Azərbaycanın tanınmış sənətkarları, dünya şöhrətli tenor Yusif Eyvazov, Xalq artistləri Samir Cəfərov, Fidan Hacıyeva, Əvəz Abdulla, Mənsum İbrahimov, Tünzalə Ağayeva, Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, İlahə Əfəndiyeva, Arzu Əliyeva, Cahangir Qurbanov, Fərid Əliyev, Abbas Bağırov, İlham Nəzərov, Azər Zadə, Anton Ferştand, Təyyar Bayramov, solistlər Elnur Hüseynov, Fatimə Cəfərzadə, Nigar Cəfərova, Aytac Şıxəlizadə, Aytən Məhərrəmova, Atəş Qarayev, Mahir Tağızadə, Rza Xosrovzadə, Orxan Cəfərov çıxış edəcəklər.

Gecənin əsas özəlliklərindən biri kimi ilk dəfə olaraq klassik vokal və estrada sənətçilərinin duet çıxışları təqdim ediləcək. Konsert proqramında Andrea Boçelli və Luçano Pavarotti kimi dünya şöhrətli ifaçıların repertuarından seçilmiş əsərlər səsləndiriləcək.

Həmçinin Xalq artisti Polad Bülbüloğlu dillər əzbəri olan mahnıları ilə bağlanış konsertinin xüsusi qonağı olacaq.

Qeyd edək ki, konsertin dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media