logo
“PAŞA Holdinq”in dəstəyi ilə “Her IT Journey 3” layihəsinin bağlanış tədbiri baş tutub

“PAŞA Holdinq”in dəstəyi ilə “Her IT Journey 3” layihəsinin bağlanış tədbiri baş tutub

“PAŞA Holdinq”in dəstəyi ilə “Her IT Journey 3” layihəsinin bağlanış tədbiri baş tutub “PAŞA Holdinq”in dəstəyi ilə “Her IT Journey 3” layihəsinin bağlanış tədbiri baş tutub

“Safavy.org” onlayn təhsil platforması tərəfindən təşkil edilən, eləcə də “PAŞA Holdinq” tərəfindən dəstək olunan “Her IT Journey 3” layihəsinin bağlanış tədbiri keçirilib.

Layihənin üçüncü dalğasında toplam 20 regionda yaşayan xanımlara rəqəmsal marketinq və brendləşdirmə, eləcə də qrafik dizayn sahələri üzrə dərslər keçirilib. Layihənin əsas məqsədi ölkənin regionlarında yaşayan və ya paytaxta təhsil almaq üçün gələn xanımların rəqəmsal bacarıqlarını artırmaq, əmək bazarına inteqrasiyasını stimullaşdırmaq və karyera qurmaq istiqamətlərində yumşaq bacarıqların öyrədilməsindən ibarətdir.

Qeyd edək ki, layihənin üçüncü dalğasında Lənkəran, Xaçmaz, Şəki, İmişli, Gəncə, Sabirabad, Naxçıvan, Sumqayıt və Bakı kəndləri də daxil olmaqla müxtəlif şəhər və regionlardan xanımlar qoşulub.

Qadın sahibkarlığı mövzusu “PAŞA Holdinq”in KSM strategiyasında mühüm yer tutur. Bu istiqamətdə “PAŞA Holdinq” və onun törəmə şirkətləri müxtəlif layihələr həyata keçirir ki, bura AFAQ layihəsi, “Ana Sahibkar” və “Woman Bazaar” layihələri daxildir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin