https://innews.media/uploads/news/2025-07/_innews_b768b12fea2c66efbe8caaeae_o.jpg
Əməkdar artist Elza Seyidcahan bəzi aparıcıları tənqid edib.
innews.media xəbər verir ki, sənətçi “Pərvizə görə”də qonaq olarkən sözügedən aparıcılara irad bildirib. Elza iddia edib ki, bəzi aparıcılar bayağı müğənnilərdən pul alırlar:
“Elə aparıcılar var ki, səhvlərə yol verirlər, xalqı aldadırlar. Aparıcının ixtiyarı yoxdur ki, sənət haqqında danışsın, fikir bildirsin. Qonağı çağırır, ondan çox danışır. Özlərini itiriblər, bilinmir hansı məzhəbə qulluq edirlər. Deyirlər, efirə bu müğənnini çağırmırıq, onda adını da çəkmə. Əgər divanına layiq görmürsənsə, ixtiyarın yoxdur ki, icazə almadan “qucağıma otuzdurasan”. Mənim cənnət nəfəsli ağzıma onun adını yaraşdırmamalısan. Verilişlərə gedəndə emosiyalarıma hakim ola bilmirəm. Mənə deyir, sual verəcəm, xoşuna gəlməyən adamlarla bağlı suallara cavab vermə. Görürəm ki, adlarını eşitmədiyim adamlardan sual verir. Mənim özümə görə sual ver. Pul almısan, ya necə bilmirəm, amma ara müğənnisinin adını çəkirsən, şəklini göstərirsən. Nə qədər şəklini göstərəcəksən? Gözünüz doymadı, maşın, villa aldınız, obyekt açdınız? Görüm orada qala biləcəksiniz? Çünki haram yolla qazanırsınız. Heç kimdən utanmıram, çəkinmirəm, kim elədir öz üstünə götürsün. Keçən dəfə bir aparıcı məni yalvara-yalvara çağırıb, verilişindən küsüb çıxmışam. Mənə sual verir ki, bəstəkar kimi sevilirsiniz, şairliyə niyə həvəs göstərdiniz? Görürəm, aparıcılıqda nənə olacaq, amma bilmir ki, Elza 5 yaşından şeir yazır. Sadəcə 2013-dən partlayış oldu, sevildim”.
Ən son xəbərləri səhifəmizdən də izləyin