https://innews.media/uploads/news/2025-06/_innews_8f53ba8a5f5934fc038860e83_o.jpg
Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Gümüş Avropa Liqasında bu gün növbəti matçını keçirəcək.
Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Farer adaları ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Azərbaycan millisi daha əvvəl keçirdiyi matçlarda İsveçə (0:3), Lüksemburqa (0:3) və Macarıstana (1:3) məğlub olub, Gürcüstan yığmasını isə 3:0 hesabı ilə üstələyib. Gümüş Avropa Liqasının 3-cü turu Farer adalarında təşkil olunub. Azərbaycan millisi növbəti matçını sabah Avstriyaya qarşı keçirəcək.