logo
"Nədir, bilirsən?"

"Nədir, bilirsən?"

"Nədir, bilirsən?" "Nədir, bilirsən?"

Sevdiyini itirmək nədir, bilirsən?
Qəlbinə daş asmaq nədir, bilirsən?

Yoxluğuna alışmaq acı bir kədər,
Sözsüz lal olmaq nədir, bilirsən?

Hər kəsdən küsüb, soyuyur bədən,
Bilə-bilə yanmaq nədir, bilirsən?

Günü gündən qaysaq bağlar yaran,
Qan ağlarkən gülmək nədir, bilirsən?

Göz yaşı içində boğulsan da,
Susaraq dözmək nədir, bilirsən?

Ölən biri üçün darıxanda,
Adın çağırmaq nədir, bilirsən?

Oyanıb adını səsləyəndə,
Ruhunu sarmaq nədir, bilirsən?

Hər gülən üzdə onu gəzəndə,
Tapmayıb sızlamaq nədir, bilirsən?

Dua içində bir iz axtarıb,
Hər gecə anmaq nədir, bilirsən?

Qoxusun istəyəndə paltarın,
Bağrına basmaq nədir, bilirsən?

Onun öldüyünə inanmayıb,
Yolun gözləmək nədir, bilirsən?

Ortağını torpağa verəndə,
Ümid itirmək nədir, bilirsən?

Bir nimçədə qalan son qoxuyla,
Yoxluğa bürünmək nədir, bilirsən?

Sənin baxışın sanki bir nurdur,
Onsuz yaşamaq nədir, bilirsən?

Hər bir ulduzda səni arayıb,
Ay ilə danışmaq nədir, bilirsən?

Yuxuda varlığını saranda,
Hönkürüb durmaq nədir, bilirsən?

Sənli olan yerə sənsiz gedəndə,
Xatirə ağlatmaq nədir, bilirsən?

Yuxarıdan gördüyün düşünüb,
Təsəlli tapmaq nədir, bilirsən?

Mən dənizi sevərdim səninlə,
Sənsiz seyr etmək nədir, bilirsən?

Səni vəsf etməyə yetməz sözlər,
Çarəsiz susmaq nədir, bilirsən?

Xala, kimsə sevməz məni səntək,
Ayseli sevmək nədir, bilirsən.

Aysel Aslanova
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media