https://innews.media/uploads/news/2025-06/_innews_a0d12f1dd951c3b839cca0167_o.jpg
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirib.
Yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl Gürcüstan komandasına 3:0 hesabı ilə qalib gəlib. İsveç və Lüksemburqa eyni hesabla uduzub.