https://innews.media/uploads/news/2025-06/_innews_ea7e95281490c5c4fbf1abac4_o.jpg
Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilmiş Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırılıb.
Bu barədə Azərbaycan Atçılıq Federasiyasının (ARAF) mətbuat xidməti məlumat yayıb.
ARAF-nin prezidenti Elçin Quliyev milli üzvlərini qəbul edib.
Təltifetmə mərasimində qurum rəhbəri idmançılara göstərdikləri yüksək nəticəyə görə təşəkkür edib, Azərbaycan çövkəninin beynəlxalq arenalarda tanıdılması istiqamətində görülən işlərin və ARAF-nin dəstəyinin davamlı olacağını vurğulayıb.