logo
Mərkəzi Gömrük Hospitalında “Xoledoxolitiazis müalicə alqoritmi” mövzusunda elmi-praktik seminar keçirilib

Mərkəzi Gömrük Hospitalında “Xoledoxolitiazis müalicə alqoritmi” mövzusunda elmi-praktik seminar keçirilib

Mərkəzi Gömrük Hospitalında “Xoledoxolitiazis müalicə alqoritmi” mövzusunda elmi-praktik seminar keçirilib Mərkəzi Gömrük Hospitalında “Xoledoxolitiazis müalicə alqoritmi” mövzusunda elmi-praktik seminar keçirilib

21 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Xoledoxolitiazis müalicə alqoritmi” mövzusunda elmi-praktik seminar təşkil olunub. Tədbirin məqsədi müasir cərrahiyyə təcrübəsində geniş yayılmış, eyni zamanda diaqnostika və müalicə baxımından mürəkkəb xəstəliklərdən biri olan xoledoxolitiazisin klinik idarəedilməsi sahəsində rezident-həkimlərin bilik və bacarıqlarının artırılması olub.

Seminarda Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah Namiq Novruzov təqdimatla çıxış edib. O, seminar iştirakçılarına xoledoxolitiazisin yaranma səbəbləri, klinik əlamətləri, müasir diaqnostik yanaşmalar və müalicə prinsipləri haqqında geniş məlumat verib.

Tədbirdə mövzu ətrafında elmi-praktik fikir mübadiləsi aparılıb, klinik praktikada rast gəlinən mürəkkəb hallar müzakirə olunub və konkret pasiyent təcrübələri əsasında effektiv müalicə yanaşmaları ətrafında dialoqlar keçirilib. Seminarın interaktiv formatda təşkili iştirakçılara həm nəzəri bilikləri yeniləmək, həm də praktik vərdişlərini təkmilləşdirmək imkanı yaradıb.

Qeyd edək ki, bu kimi elmi-praktik tədbirlər Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin səhiyyə sahəsində davamlı təhsil, innovativ yanaşmaların tətbiqi və tibbi heyətin peşəkarlığının artırılması istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətin mühüm tərkib hissəsidir. Seminar, iştirakçılar tərəfindən yüksək maraqla qarşılanıb.

Dilarə Zamanova

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin