logo
Milli İncəsənət Muzeyində konsert keçirilib

Milli İncəsənət Muzeyində konsert keçirilib

Milli İncəsənət Muzeyində konsert keçirilib Milli İncəsənət Muzeyində konsert keçirilib

İyunun 20-də Milli İncəsənət Muzeyinin İtaliya zalında sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Salmanlının “Musiqi naxışları” adlı sinif konserti keçirilib.

innews.media xəbər verir ki, təntənəli konsert tədbirində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrasının istedadlı tələbələri Rasimə Abdullayeva, Məryəm Məmmədova, Maya İsmayıllı, Gülnar Qədirova, Kubra Həşimli, Gülnar İrşadi, Fidan Muxtarova əsrarəngiz ifaları ilə dinləyicilərə əsl musiqi ziyafəti təqdim etdilər.

Konsert proqramında aşağıdakı əsərlər səsləndirilib:

F.Şopen "Skertso" op.20 Nº1

İ.Brams "İntermezzo" op 117 Nº2

P.Çaykovski "Düşüncə" op.72 no 5

K.Debüssi "Sevinc adası", "Uşaq guşəsi" fortepiano süitası

S.Prokofyev "Merkusio" ("Romeo və Culyetta" fortepiano üçün süitasından)

Q.Qarayev "Don Kixot" simfonik qravürləri (işləmə F.Qarayev), "Yeddi gözəl" baletindən "Vals" (işləmə - Z.Vitkind).

Yüksək peşəkarlıqla təşkil olunmuş konsert tədbiri tamaşaçıların zövqünü oxşayaraq, böyük hərarətlə qarşılandı.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media