https://innews.media/uploads/news/2025-06/_innews_7bab37c9de78f42f42ff543cf_o.jpg
16 Iyun , 2025-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində tanınmış ritm ustadı, məşhur musiqiçi, muğamların kamil bilicisi, pedaqoq, virtuoz qaval və dəf içaçısı Mahmud Salahın 65 illiyinə həsr olunmuş “Sənətin Zirvəsində” adlı bədii musiqili gecə keçirilib. Qəlbi muğam ritmləri ilə döyünən sənətkarın işığına toplaşan qonaqlar ilk olaraq Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadənin giriş sözünü dinləyiblər. O, Mahmud Slahın Azərbaycan musiqi mədəniyyətində əvəz edilməz məqama sahib olan,unikal muğam bilicisi və ritm ustadı olmasından,dünyanın bir çox ölkələrində milli musiqimizi layiqincə təmsil etməsindən,həmçinin itirilmiş muğamlarımızın bərpa prosesində nə qədər əhəmiyyətli missiyanı yerinə yetirməsindən ətraflı söz açaraq çıxışının sonunda sənətkarı Azərbaycan Milli Konservatoriyasının döş medalı ilə təltif edib, ona yeni yaradıcılıq zirvələrini fəth etməsini arzulayıb.Daha sonra Mahmud salahın hazırladığı bir sıra musiqili ritmik kompozisiyalar,”Bakı şikəstəsi”, “Qara Qafiyə” aşıq havası və digər milli əsərlərimiz öz orijinal versiyalarında təqdim olundu.Onu da qeyd edək ki, “Sarı gəlin” xalq mahnısı ilk dəfə olaraq üç səsli formada,yalnız qaval alətində özlərini müşayiət edən vokal qrupunun təqdimatı da yaddaqalan çıxışlardan idi.
“Azərbaycan Təranələri” adlı kopozisiyada isə Mahmud Salah dinləyicilərin intizarla gözlədiyi virtuoz solo ifalarını nümayiş etdirərək publikanı ayağa qaldırdı.Gecə boyunca Çikaqo Universitetinin professoru İnna Naroditskya,Lyublana Universitetindən professor Sbanibor Pettam,Özbəkistan Respublikası parlamentinin deputatı,bəstəkar,musiqi şünas,professor Oydın Abdullayeva,Böyük Britaniyanın Kenvriç Universitetinin professoru Raziyə Sultanova və digər tanınmış,nüfuzlu alimlərin video təbrikləri tamaşaçılara çatdırılıb.Sonda sənətkar çıxış edən bütün tələbələri ilə bərabər səhnəyə çıxaraq birlikdə “Qarabağ” kompozisiyasını ifa edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin