logo
Susqun uşaqlıqların səsi: Ata sevgisinə həsrət bir ömür

Susqun uşaqlıqların səsi: Ata sevgisinə həsrət bir ömür

Susqun uşaqlıqların səsi: Ata sevgisinə həsrət bir ömür Susqun uşaqlıqların səsi: Ata sevgisinə həsrət bir ömür

Ata anlayışı bir çoxları üçün güvən, dayaq və qoruyucu bir çətir deməkdir. Lakin bəzən bu çətir çat vermiş olur ya da heç olmur. Bu yazıda yer alan şeir, ənənəvi atalıq obrazına sığmayan, sevgisini ifadə etməyən, uzaq və soyuq bir ata fiqurunun övlad ruhunda buraxdığı izləri sözə çevirir. Bu ata təkcə bir şəxs deyil - bu, çoxlarının həyatından keçmiş, iz qoymuş, amma qucaq açmamış, sevgi verməmiş bir simvoldur. Şeir, səssiz qalan uşaqlıqların, cavabsız sualların və sağalmayan yaraların səsinə çevrilir. Bu, atalıq anlayışının təkcə bioloji deyil, eyni zamanda emosional bir məsuliyyət olduğunu xatırladan və bu məsuliyyətin yoxluğunda yaranan iç sızıltısını dilə gətirən bir etirafdır.

Ata

Gəl, ata, əyləşək qarşı - qarşıya,
Danışaq verdiyin dərddən, kədərdən.
Məlhəm olasan açdığın yaraya,
Səncə, qəlb sevərmi səni yenidən?

Aldın əlimdən gülüşü, sevinci,
Gözümün işığı söndü sayəndə.
Heç düşünmədinmi qızın da inci?
Əmanət olunan sənə bir bəndə.

Əmanətə xəyanət doğrumu?
Axı ən çox gərək sən idin mənə.
Sən nəsən? Atamı yoxsa oğrumu?
Niyə uşağlığı çox gördün mənə?

Hər gecə qorxudan yata bilmədim,
Anamın əsməsi hələ canımda.
İntihar etsəm də, ölə bilmədim,
Bir nəfər olmadı mənim yanımda.

Yandım özüm hər zaman öz dərdimə,
Axtardım, yox idi yanımda bir kəs.
Bu dərdlər çox oldu uşaq qəlbimə,
Ağladım, səsimə vermədilər səs.

Atalı qızlara həsrətlə baxdım,
Görən, necə hissdir ata sevgisi?
Atam olsa belə, atasız qaldım,
Nə gözəl olardı, "qızım" deməsi.

Niyə bacarmadın məni sevməyi?
Körpə ürəyimdə bir boşluq qaldı.
Sevgi sandım bir kiçik niyyətini,
Hər gecə göz yaşım səssizcə axdı.

Niyə uzaq oldun mənə yadlartək?
Bir qucağın mənçün cənnət olardı.
Sevgi əsirgəyən sonda qalar tək,
Dəyər bilsən, canım qurban olardı.

Hər addımımda adını çağırdım,
İstədim varlığın hiss edəm qəlbdə.
Yanımda olsan da sənsiz darıxdım,
Qonşu idik sanki bir ev içində.

Yıxılanda gözlədim əlindən tutum,
Amma soyuqluq gördüm baxışında.
Səndən özümə bir güc, şəfqət umdum,
Qaldım sevgisiz o yalan nağılda.

Sarılıb sevsəydin məni bir kərə,
Bəlkə də, sevgiyə möhtac qalmazdım.
İstəsə idin aşardım dağ, dərə,
Yətər ki, ürəyi qırıq olmazdım.

Çox şeymi istədim görəsən səndən?
Bağrına basıb sarılman yetərdi.
Borcun olan qayğını umdum səndən,
Sənin gülüşünlə dərdim bitərdi.

Bircə dəfə arxamda dağ olsaydın,
Olardı həyatım bir başqa, rahat.
Mən üçün hər kəsə qarşı çıxsaydın,
Açardım yenilməz qartaltək qanad.

Sənli olan qızın sənsiz böyüdü,
Hələ də sevginə həsrətdir qəlbim.
Atalı qızlar yanımda öyündü,
Onlar nə bilsin dağ boydadır dərdim.

"Məni niyə sevmədin?" sorsam sənə,
O cavab gəlib düşərmi dilinə?
Cəsarətin çatar keçib önümə?
Səbəb söyləyəsən yarım qəlbimə.

Bəlkə, bir gün anlayacaqsan məni,
Sevgisiz hər uşaq qalar yarımçıq.
İllər sonra bağışlarammı səni?
Hazırda hislərim hədsiz qarışıq.

Bilirsən, bir kəndin yıxdığı qızı,
Ata öz gücüylə qaldıra bilər.
Atası tərəfdən yıxılan qızı,
Bir kənd yığılsa qaldıra bilməz.

Səndən yarımadığımçün elə bil,
Bir kimsədən yarıya bilmirəm mən.
Məndən əskiklər belə uzadır dil,
Dönüb olanları danammıram mən.

Hər zaman günahı özümdə gördüm,
Düşündüm hardasa səhv edirəm mən.
Özgəyə atalıq edəndə gördüm,
Anladım ki, günahın özü sənsən.

Yaşatdın ən ağır duyğunu mənə,
Halbuki özün də atasız idin.
Məni üzəni incitmədim belə,
Ondan da daha çox sevgisiz idim.

Dəyər verdim kimsə dəyər bilmədi,
Yadları da özümə doğma bildim.
Dərd çoxalsa belə ümid itmədi,
Çətin günümdə də gülməyi seçdim.

Gəl indi qaytar hədər illərimi,
İnan ki, yetməz buna bütün ömrün.
İndi istəsəm də sevəməm səni,
Yaşasan belə mənim üçün öldün.

Bir dəfə ürəkdən ata demədim,
Hərçənd anamdan çox sevirdim səni.
"Ailə" nə demək bunu bilmədim,
Qəlbimdə də çoxdan bitirdim səni.

Varsa bir qram üzərində haqqım,
Onu etməyəcəm halal sənə.
Bunu görsən əgər sənə son andım,
Öləndə kövrəlsəm ar olsun mənə.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media