https://innews.media/uploads/news/2025-06/_innews_f0bfc91d0e52ccfef1da96100_o.jpg
Rejissor Nail Naiboğlunun 20 illik arzusu gerçəkləşib. Heydər Əliyev Sarayında keçirilən “Klip kimi ömür” adlı yaradıcılıq gecəsi böyük anşlaqla baş tutub.
Naiboğlu tədbirdən görüntüləri sosial media hesablarında paylaşaraq, bu gecənin onun uzun illərdir həyata keçirmək istədiyi bir ideya olduğunu bildirib.
Yaradıcılıq gecəsində xalq artistləri Flora Kərimova, Nisə Qasımova və Alim Qasımov, eləcə də Türkiyənin tanınmış sənətçisi Kiçik İbo və digər estrada ulduzları səhnəyə çıxıblar.
Tədbirin aparıcısı, əməkdar artist Nailə İslamzadə, öz peşəkarlığı və səmimi təqdimatı ilə gecəyə xüsusi rəng qatıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin