https://innews.media/uploads/news/2025-06/_innews_1eb9ade9a432fa6ac78421f3b_o.jpg
25 may tarixində12 yaşa qədər oğlanlar arasında U-12 basketbol liqasının yarımfinal oyunları baş tutub.
Bakı İdman Sarayında keçirilmiş günün ilk oyununda "Sabah" U-12 və NTD U-12 komandaları üz-üzə gəliblər. "Sabah" U-12 komandası rəqibinə 42-39 hesabı ilə qalib gələrək ilk finalçı olub. Günün ikinci oyununda gənclər şəhərinin təmsilçisi "Sumqayıt" U-12, "Naxçıvan" U-12 komandasına qarşı oyunda geridönüş edərək 50-49 hesablı qələbəyə sevinib və adını finala yazdırıb. Yarımfinal oyunlarında qeydə alınmış hesablara əsasən "Sabah" U-12 və "Sumqayıt" U-12 komandaları final, "Naxçıvan" U-12 və NTD U-12 komandaları isə 3-cü yer uğrunda oyunlarda iştirak edəcəklər.
Qeyd edək ki, U-12 basketbol liqasında final və 3-cü yer uğrundakı oyunlar 28 may tarixində baş tutacaq.