Azərbaycanın xalq artisti Röya Ayxan növbəti musiqi layihəsini təqdim edib. Sənətçi bu dəfə “Bəlkə Də” adlı mahnını akustik versiyada dinləyicilərin ixtiyarına verib.
Mahnının musiqisi Pərviz Mahmudov, sözləri isə Leyli Erol İsrafilova tərəfindən yazılıb. Layihənin rejissoru tanınmış türkiyəli rejissor Kemal Başbuğdur. Akustik ifa və klip İstanbulda lentə alınıb.
“Bəlkə Də” minimal aranjemanı və emosional yükü ilə fərqlənir. Röya bu layihəsində vokal imkanlarını ön plana çıxararaq dinləyiciyə daha yaxın və səmimi bir musiqi təcrübəsi təqdim edib.
Yeni ifa artıq bütün rəqəmsal musiqi platformalarında yayımlanıb.