https://innews.media/uploads/news/2025-06/_innews_1a5aa4484fb556d59a4a629fb_o.jpg
“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı Ekspo Mərkəzində keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində (“TransLogistica Caspian”) xüsusi stendlə təmsil olunur.
innews.media ADY-yə istinadən xəbər verir ki, iyunun 4-dək davam edəcək sərgidə səhmdar cəmiyyətin stendinə yaxınlaşan ziyarətçilər ADY-nin beynəlxalq dəhlizlər üzrə yükdaşıma əməliyyatları, Qarabağ və Şərqi Zəngəzurda icra edilən dəmiryol layihələri və infrastruktur quruculuğu, ADY-nin dayanıqlılıq üzrə fəaliyyəti, xidmətləri, tətbiq etdiyi rəqəmsal həllər və Bakı Limanı haqqında ətraflı məlumat ala bilərlər.
Bildirilib ki, sərgidə ziyarətçilər ADY-nin pavilyonuna böyük maraq göstərir.