logo
BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2025/2026-cı tədris ili üçün V sinfə şagird qəbulu elan edir

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2025/2026-cı tədris ili üçün V sinfə şagird qəbulu elan edir

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2025/2026-cı tədris ili üçün V sinfə şagird qəbulu elan edir BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2025/2026-cı tədris ili üçün V sinfə şagird qəbulu elan edir

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyi 2025/2026-cı tədris ili üçün V sinfə şagird qəbulu elan edir. Müsabiqədə ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların Azərbaycan və rus bölmələri üzrə təhsil alan IV sinif şagirdləri iştirak edə bilərlər. Qeydiyyat prosesi 2025-ci il 05 iyun tarixindən 20 iyun tarixinədək davam edəcək. Qəbul imtahanında iştirak etmək üçün qeydiyyat elektron portal vasitəsilə həyata keçirilir. Qəbul imtahanı 2025-ci il 02 iyul tarixində keçiriləcək. Qəbul planı Azərbaycan bölməsi üzrə 100, rus bölməsi üzrə isə 50 yer olmaqla nəzərdə tutulub.

Liseyə qəbul imtahanı yalnız bir mərhələdən ibarətdir və imtahanın müddəti 2 (iki) saat təşkil edir. İmtahan aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır:

- Tədris dili (Azərbaycan dili və ya rus dili) – 25 sual;

- Riyaziyyat – 25 sual;

- Məntiq – 10 sual.

Qəbul imtahanının keçiriləcəyi yer haqqında əlavə məlumat veriləcək.

Əlaqə üçün:

Telefon: (012) 510-74-54; (070) 313-37-20

Elektron-poçt: bdu-lisey-qebul@bsu.edu.az / genc-istedadlar@bsu.edu.az

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media