logo
Brendin tanınmasının artırılması və ictimai yaddaşda möhkəmləndirilməsi: Tibb sahəsində effektiv yollar

Brendin tanınmasının artırılması və ictimai yaddaşda möhkəmləndirilməsi: Tibb sahəsində effektiv yollar

Brendin tanınmasının artırılması və ictimai yaddaşda möhkəmləndirilməsi: Tibb sahəsində effektiv yollar Brendin tanınmasının artırılması və ictimai yaddaşda möhkəmləndirilməsi: Tibb sahəsində effektiv yollar

Müasir dövrdə istənilən tibb müəssisəsinin uğuru yalnız göstərdiyi tibbi xidmətin keyfiy­yəti ilə deyil, həm də bu xidmə­tin cəmiyyətə necə təqdim olun­ması ilə müəyyən olunur. Brendə olan inam və etibarlılıq – müasir PR fəaliyyətində uğurun təməl sütunlarındandır. Xüsusilə sə­hiyyə sektorunda bu etibar mü­hüm əhəmiyyət daşıyır. Rəqabə­tin artdığı bir mühitdə brendin tanınması və ictimai yaddaşda möhkəmləndirilməsi məqsədilə strateji PR alətlərindən istifadə zərurətə çevrilib. Güclü brend imici yaratmaq üçün sistemli, məqsədyönlü və ardıcıl kommu­nikasiya qurmaq vacibdir.

Rəqəmsal platformalardan güclü istifadə edin

Brend tanıtımında sosial media və vebsaytlar mühüm rol oyna­yır. Facebook, Instagram, YouTu­be kimi platformalarda planlı və vizual cəhətdən cəlbedici kontent strategiyası qurmaqla geniş au­ditoriyaya çatmaq mümkündür. Rəqəmsal alətlər brendi həm ta­nıtdırır, həm də interaktiv kom­munikasiya üçün şərait yaradır.

Media ilə münasibətlər qurun

Ənənəvi media vasitələri – te­leviziya, qəzet və onlayn xəbər portalları vasitəsilə müəssisə və ya həkimlər haqqında süjetlər, müsahibələr və maarifləndirici məqalələr brendin tanınmasın­da mühüm rol oynayır. İctimai rəyin formalaşmasında media­nın gücünü ön plana çəkir və PR mütəxəssislərinin medianın dili ilə danışma bacarığını vacib sa­yır.

Dizayn və vizual kimliyi sabit saxlayın

Loqo, rəng palitrası, şriftlər və ümumi dizayn elementləri bren­din vizual yaddaşda qalmasında əhəmiyyətlidir. Vizual ardıcıllıq auditoriyada tanışlıq və güvən hissi yaradır. Dizayn elementlə­rinin kommunikasiya strategi­yasına uyğun olması vacibliyini vurğulayır.

Maarifləndirici PR kampaniyaları həyata keçirin

Xüsusilə sağlamlıq sahəsində ictimai maarifləndirmə kampa­niyaları brendin həm tanınma­sını artırır, həm də ictimaiyyətə fayda verir. Məsələn, tibbi gün­lər çərçivəsində həyata keçirilən müxtəlif tədbirlər vasitəsilə həm maarifləndirici funksiyanı yerinə yetirmək, həm də brendin adını yaddaşlarda möhkəmləndirmək mümkündür.

Müsbət reputasiyanı qoruyun və böhranları peşəkar idarə edin

İctimai yaddaşda brendin mövqeyini qorumaq üçün baş verə biləcək böhranlara hazırlıqlı ol­maq və düzgün kommunikasiya aparmaq vacibdir. Brendin tanın­masının artırılması və ictimai yad­daşda möhkəmləndirilməsi uzun­müddətli və strateji yanaşma tələb edən bir prosesdir. Tibb sahəsində bu yanaşma yalnız reklamla deyil, effektiv PR, hekayəçilik, media əlaqələri və rəqəmsal kommuni­kasiya vasitəsilə həyata keçirilə bilər. Unutmayaq ki, güclü brend sadəcə tanınan deyil – etibar olu­nan və yadda qalan brenddir.

(davamı gələn sayımızda)

Dilarə Zamanova

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin