https://innews.media/uploads/news/2025-05/_innews_11c735cf23981dab4577b73e6_o.jpg
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Nağıllar aləmi İçərişəhər” adlı uşaq festivalı keçiriləcək.
Saat 11:30-da uşaqların paradı ilə başlayacaq və 19:00-a qədər davam edəcək tədbir Qız Qalası meydanı, Qoşa Qala meydanı, Qüllə küçəsi, Bakı Xanlar Bağı, Arxeoloji Bağ, Kiçik Qala küçəsi, Dördbucaqlı Qala, Bakı Fotoqrafiya Evi və İçərişəhərin qalereyalarında baş tutacaq.
Balacalar üçün teatr tamaşaları, konsertlər, oyunlar, rəsm və interaktiv sərgilər, ustad dərsləri təqdim olunacaq.
Sizi və övladlarınızı bu nağıl dolu günə dəvət edirik!
Ən son xəbərləri səhifəmizdən də izləyin