logo
Röya Ayxan Kann Film Festivalında Azərbaycanı ləyaqətlə təmsil etdi - VİDEO

Röya Ayxan Kann Film Festivalında Azərbaycanı ləyaqətlə təmsil etdi - VİDEO

Röya Ayxan Kann Film Festivalında Azərbaycanı ləyaqətlə təmsil etdi - VİDEO Röya Ayxan Kann Film Festivalında Azərbaycanı ləyaqətlə təmsil etdi - VİDEO

Dünya şöhrətli Kann Film Festivalında “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatına layiq görülən Xalq artisti Röya Ayxan qırmızı xalıda parlamağa davam edir. Bu nüfuzlu festivalda iştirakı ilə bir neçə gündür ki, Azərbaycan mədəniyyəti və şou biznesinin gündəmini zəbt edən pop ulduzun uğuru  böyük izləyici auditoriyası olan sosial şəbəkə  səhifələrini bəzəyib. İzləyicilər sənətçinin festivaldakı imicinə, geyim seçiminə və görünüşünə təriflər yağdıraraq onun qırmızı xalıya çıxan məşhur dünya ulduzlarından heç də geri qalmadığını, hətta bəzilərini kölgədə belə qoyduğunu yazırlar. Qazandığı uğurları ilə heç vaxt kifayətlənməyən, daim öz üzərində işləyən müğənninin festivaldan paylaşımları da onun bu beynəlxalq tədbirdə Azərbaycanı layiqincə təmsil etdiyini göstərir. Azərbaycan sərhədlərini aşaraq qırmızı xalıda irəliləyən Röyanın aristokrat və səmimi davranışı, zərif geyim tərzi onun yaxın gələcəkdə xarici ölkələrin səhnələrində də parlayacağından xəbər verir. Müğənninin dünyanın nüfuzlu dərgilərinin və kanallarının kameraları qarşısına keçərək şəstlə poz verməsi, qırmızı xalçada qürurla addımlaması onun böyük səhnələr üçün yarandığını bir daha sübut edir.

Kann Kino Festivalından öz təəssüratlarını bizimlə bölüşən Röya Ayxan bu uğurunun arxasında onun böyük cəsarətinin və özünəinamının dayandığını söyləyib. O, bildirib ki, bu tədbirə dəvət aldıqda tərəddüd etmədən razılaşıb:

“Düşünürəm ki, məni zirvələrə ucaldan əsas məqam olduğum mövqeyimlə heç zaman kifayətlənməməyimdir. Burada qəti həyəcan keçirmədim, özümü Azərbaycanda olduğum kimi hiss etdim. Qırmızı xalıdan keçəndə ətrafımdakı hər kəsin-fotoqrafların, videoqrafların belə özümüzünkülər olduğu kimi davrandım. Bu festival mənə yüksək enerji bəxş etdi. Və sizə söz verirəm hər il canımız sağ olsun, ölkəmizdə sülh əmin amanlıq olsun bu cür böyük,  beynəlxalq tədbirlərdə tez - tez görüşəcəyik. O gün olsun sizin üçün ingiliscə oxuyum, ağladım sizi “.

- deyərək müğənni hisslərini gülərək sonlandırıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media