logo
Art Club Qalereyasında “Sən Kifayətlisən” - Şirin Bağçinin yeni ekspressionist sərgisi keçirilir - FOTO

Art Club Qalereyasında “Sən Kifayətlisən” - Şirin Bağçinin yeni ekspressionist sərgisi keçirilir - FOTO

Art Club Qalereyasında “Sən Kifayətlisən” - Şirin Bağçinin yeni ekspressionist sərgisi keçirilir - FOTO Art Club Qalereyasında “Sən Kifayətlisən” - Şirin Bağçinin yeni ekspressionist sərgisi keçirilir - FOTO

20 may 2025-ci il tarixində saat 18:00-da Art Club Qalereyasında  “SƏN KİFAYƏTLİSƏN” – ŞİRİN BAĞÇİNİN YENİ EKSPRESSİONİST SƏRGİSİ keçirilir.

2018-ci ildə “Qadınlar və Hisslər”, 2021-ci ildə isə “Xəmsə – Nizami Şeirləri” adlı fərdi sərgiləri ilə Azərbaycan sənət cameəsində diqqət çəkən rəssam Şirin Bağçi, bu dəfə yeni yaradıcılıq mərhələsinin nəticəsi olan “Sən Kifayətlisən” adlı sərgisi ilə tamaşaçı qarşısına çıxır.

Əslən Təbrizli olan, lakin uzun illərdir Azərbaycanda yaşayan Şirin Bağçi öz yaradıcılığında milli kimlik, qadının ruh dünyası, tarixi poetika və daxili azadlıq kimi mövzuları birləşdirir. Onun sənət dili fərqli mədəni qatların və duyğuların harmoniyasıdır.

“Sən Kifayətlisən” sərgisi isə insanın özünə dönməsi, öz dəyərini və varlığını yenidən xatırlaması ideyasına həsr olunmuşdur. Bu layihədə rəssam, hər bir insanın daxilindəki dəyəri, səssiz gücü və var olmaqla kifayət etdiyi həqiqətini vurğulayır.

Sərgidə 20 ədəd portret təqdim olunur. 90x110 sm ölçülü bu əsərlər akril boya ilə işlənmiş və ekspressionist üslubda ərsəyə gətirilmişdir. Fiqurlar konkret kimliyə malik deyil – onların hər biri insani duyğuların təcəssümüdür: düşüncə, səssizlik, ruhi gərginlik və qəbul. Bu portretlərdə tamaşaçı yalnız baxmır, həm də iç dünyası ilə qarşılaşır.

“Sən Kifayətlisən” sadəcə sərgi deyil – bir çağırışdır. Bu sərgi seyrçiyə deyir: “Sən dəyişmədən də dəyərlisən. Sən mövcudluğunla kifayətlisən. Sən özün olmaqla tamamsan.”
Qeyd edək ki, sərginin açılışı 20 may 2025-ci il tarixində, saat 18:00-da Art Club Qalereyasında (Asif Zeynalov küçəsi 11, İçərişəhər) keçirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin