logo
TƏBİB: Şabran rayonu ərazisindəki yol-nəqliyyat hadisəsində xəsarət alanların müalicəsi davam etdirilir

TƏBİB: Şabran rayonu ərazisindəki yol-nəqliyyat hadisəsində xəsarət alanların müalicəsi davam etdirilir

TƏBİB: Şabran rayonu ərazisindəki yol-nəqliyyat hadisəsində xəsarət alanların müalicəsi davam etdirilir TƏBİB: Şabran rayonu ərazisindəki yol-nəqliyyat hadisəsində xəsarət alanların müalicəsi davam etdirilir

Şabran rayonu ərazisindəki yol-nəqliyyat hadisəsində xəsarət alan 12 nəfərin müalicəsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində davam etdirilir.

TƏBİB-dən innews.media verilən məlumata görə, hazırda xəsarət alanlardan 10 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasında, 2 nəfər isə Kliniki Tibbi Mərkəzdə müalicə alır.

Şabran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti ağır, cərrahiyyə şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti orta ağır, 8 nəfərin vəziyyəti isə orta stabildir.

Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti ağır, travmatologiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən döş qəfəsinin travması, çox saylı qabırğa sınıqları, kəllə-beyin travmaları, üz, baş, bədən nahiyələrində olan yaralar və digər problemlər ilə bağlıdır.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə tibb müəssisəsinə gətirilərkən yolda dünyasını dəyişib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media