logo
Milli İncəsənət Muzeyində “Açıq qapı” günündə ziyarətçi axını müşahidə olunub

Milli İncəsənət Muzeyində “Açıq qapı” günündə ziyarətçi axını müşahidə olunub

Milli İncəsənət Muzeyində “Açıq qapı” günündə ziyarətçi axını müşahidə olunub Milli İncəsənət Muzeyində “Açıq qapı” günündə ziyarətçi axını müşahidə olunub

Bakı, 18 may 2025-ci il - Beynəlxalq Muzeylər Günü münasibətilə elan olunmuş ənənəvi “Açıq qapı” aksiyası çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) gün ərzində çoxsaylı ziyarətçi axını müşahidə olunub.

Fərqli yaş qruplarından olan yerli və xarici qonaqlar muzeyin zəngin kolleksiyasını böyük maraqla izləyib, ekspozisiya zallarında təqdim olunan sənət inciləri ilə yaxından tanış olublar. Muzeyin təqdim etdiyi klassik və müasir incəsənət nümunələri, rəssamlıq, qrafika, tətbiqi sənət və dekorativ kolleksiyalar xüsusilə diqqət çəkib.

Tədbirin məqsədi muzey mədəniyyətinin təbliği, ictimaiyyətin diqqətini Azərbaycan mədəni irsinə cəlb etmək və gənc nəsildə incəsənətə maraq oyatmaqdır.

Qeyd edək ki, “Açıq qapı” günü çərçivəsində bələdçi turları, maarifləndirici təqdimatlar və interaktiv proqramlar da ziyarətçilərin ixtiyarına verilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin