logo
Anar Əhməd - Gənc teatrçı və mədəni tədbirlər iştirakçısı

Anar Əhməd - Gənc teatrçı və mədəni tədbirlər iştirakçısı

Anar Əhməd - Gənc teatrçı və mədəni tədbirlər iştirakçısı Anar Əhməd - Gənc teatrçı və mədəni tədbirlər iştirakçısı

Anar Orxan oğlu Əhmədov 12 noyabr 2002-ci ildə Bərdə rayonunda anadan olub. Erkən yaşlarından ədəbiyyata və teatr sənətinə maraq göstərən Anar, əməkdar incəsənət xadimi Bəhram Osmanovun "Rejissor" laboratoriyasının məzunu, müxtəlif mədəni tədbirlərin fəal iştirakçısı kimi bu sahədə təcrübə və uğurlar qazanmışdır.

O, 2018-ci ildən başlayaraq müxtəlif səviyyəli tədbirlərdə fəallığına görə təşəkkürnamə və diplomlarla təltif olunmuşdur. Ağdam 1 saylı məktəbinin təşəbbüsü ilə keçirilən tədbirlərdə, ATXİ-nin təşkil etdiyi qiraət müsabiqələrində, eləcə də Ağdam Dövlət Dram Teatrında təşkil olunan ədəbi-bədii kompozisiyalarda çıxış etmişdir.

Anar bir sıra tamaşalarda aktyor kimi çıxış edib. Bunlara "Sələmçi" (N.A. Nekrasov), "Can usta" (Afaq Məsud), "Çobanın tütəyi" (Arzu Soltan), "Sevil" (C. Cabbarlı), "Dərs" (Sahib İbrahimli), "Elm və maarif" (Səməd Mansur), "Qisas" (Xanirə Röya), "Trombonçu" (P.D. Filippo) kimi əsərlər daxildir. “Trombonçu” tamaşasında eyni zamanda rejissor köməkçisi kimi də çalışıb.

O, “Qara-qura işlər” serialında və “Lazım gəlsə”, “Ölüm qatarı” adlı filmlərdə aktyor kimi rol almışdır. Televiziya sahəsində də fəaliyyəti olmuş, TV8N kanalında aparıcı kimi çıxış edib, ElTV, İctimai TV, Space TV və Mədəniyyət TV-də qonaq olub.

Aparıcılıq fəaliyyəti ilə də seçilən Anar, bir çox dövlət və mədəniyyət tədbirlərində o cümlədən Yeni il, Novruz, yubiley gecələri və kitab təqdimatlarında aparıcı kimi çıxış etmişdir.

O, həmçinin bir sıra sertifikat proqramlarında və təlimlərdə iştirak edib: Vaxtanqov məktəbinə əsaslanan aktyor-rejissor təlimi, “Obraz üzərində iş prosesi və obrazın açarı”, “Aktyorluq: min maskalı qəhrəmanın səyahəti” və s.

Anar Əhməd hazırda Azərbaycan Teatr Xadimləri İttifaqının Gənclər Sektorunun üzvüdür. 2025-ci ildə teatr sənəti sahəsindəki fəaliyyətinə görə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən "Ümid" mükafatı ilə təltif olunmuşdur.

Hazırda Anar həm aktyor kimi, həm də müxtəlif yaradıcılıq layihələrinin rəhbəri və iştirakçısı kimi fəaliyyətini davam etdirir. O, eyni zamanda “Özünü inkişaf” layihəsi çərçivəsində klassik monoloqların səhnələşdirilməsi ilə də məşğuldur.

Ayan Sədi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media