https://innews.media/uploads/news/2025-05/_innews_8da4ab094faeb2cf209880583_o.jpg
7–28 iyun 2025 tarixlərində uşaqlar üçün nəzərdə tutulmuş yeni musiqi müsabiqəsi – “Kinderlandın Səsi” keçiriləcək. Layihə Azərbaycan İncəsənət Məktəbi və Play10-un birgə təşkilatçılığı ilə reallaşır.
Müsabiqə 4–14 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Məqsəd musiqi və səhnə sənətinə marağı olan istedadlı uşaqları bir araya gətirmək, onların yaradıcılıq potensialını inkişaf etdirmək və bu istedadları geniş auditoriyaya təqdim etməkdir. Bu, uşaqların motivasiyasını artıracaq, həm də gələcəkdə sənətə maraqlarının daha da dərinləşməsinə zəmin yaradacaq.
Seçim turu 7 iyunda baş tutacaq. İştirakçılar canlı çıxış edəcək, münsiflər tərəfindən komandalar formalaşdırılacaq. Komanda mərhələsi 14 iyun, yarımfinal 21 iyun, böyük final isə 28 iyun tarixində keçiriləcək.
Müsabiqədə iştirak edən bütün uşaqlar Azərbaycan İncəsənət Məktəbinin rəsmi diplomu və xatirə hədiyyələri ilə təltif olunacaq.
Ayan Sədi
Ən son xəbərləri səhifəmizdən də izləyin