Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 26

Warning: Trying to access array offset on null in /home/innewsme/public_html/includes/newsid.php on line 154

Warning: Undefined variable $getLang in /home/innewsme/public_html/includes/newsid.php on line 13

Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 122

Warning: Undefined variable $About1 in /home/innewsme/public_html/includes/newsid.php on line 127

Warning: Undefined variable $about in /home/innewsme/public_html/includes/newsid.php on line 194

Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 60

Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 119

Warning: Undefined variable $keytaga in /home/innewsme/public_html/includes/newsid.php on line 92

Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 24

Warning: Undefined variable $sayi in /home/innewsme/public_html/includes/newsid.php on line 300

Warning: Undefined variable $baxilib in /home/innewsme/public_html/includes/newsid.php on line 349

Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 26

Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 28

Warning: Undefined variable $about1 in /home/innewsme/public_html/includes/newsid.php on line 351

Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 119

Warning: Undefined variable $keytaga in /home/innewsme/public_html/includes/newsid.php on line 92
“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib | innews.az
logo
“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib

“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib

“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib “AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib

“AzerGold” QSC tərəfindən Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) işə qəbulla bağlı növbəti dəfə kütləvi test imtahanı keçirilib.

Müxtəlif vəzifə və peşələr üzrə elan edilən vakant yerlərə namizədlərin tam elektronlaşdırılmış müraciəti əsasında kütləvi imtahana cəlb edilməklə şəffaf qaydada seçimi üçün təşkil edilən imtahanda Daşkəsən, Göygöl və ətraf rayonlardan ümumilikdə 160 nəfər vətəndaş iştirak edib. Bu mərhələdə namizədlərin dünyagörüşü, məntiqi təfəkkürü və müraciət etdiyi vəzifə üzrə bilikləri qiymətləndirilib.

Test mərhələsini uğurla tamamlayan namizədlər yekun mərhələdə QSC-nin İşə qəbul komissiyası tərəfindən təşkil edilən müsahibədə iştirak hüququ qazanacaqlar. Komissiya üzvlərinin rəyinə əsasən son olaraq aktiv vakansiyalar üzrə namizədlərin seçimi aparılacaq.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən işə qəbulla bağlı namizədlərin müraciətləri rəsmi internet səhifəsi (azergold.az) üzərindən qəbul edilir. Namizədlər cari vakant vəzifələrlə bağlı məlumatları rəsmi saytda “Karyera” bölməsi, “Vakansiyalar” altbölməsinə daxil olaraq əldə edə, öz şəxsi kabinetini yaradaraq müraciət edə bilərlər.

Qeyd edək ki, “AzerGold” QSC və onun törəmə şirkətləri olan “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də ümumilikdə 1061 nəfər əməkdaş çalışır. Hazırda QSC-nin hasilat və istehsalat sahələrində çalışan işçilərinin 80 faizə yaxınını yerli və ətraf rayonların sakinləri təşkil edir. QSC və onun törəmə şirkətləri tərəfindən fəaliyyətə cəlb edilmiş uzunmüddətli podratçı şirkətlərlə birgə işlə təmin edilmiş vətəndaşların sayı isə 2400 nəfərə yaxındır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin