logo
“I Am Jazzman 2025” beynəlxalq müsabiqəsi qala-konsertlə başa çatıb

“I Am Jazzman 2025” beynəlxalq müsabiqəsi qala-konsertlə başa çatıb

“I Am Jazzman 2025” beynəlxalq müsabiqəsi qala-konsertlə başa çatıb “I Am Jazzman 2025” beynəlxalq müsabiqəsi qala-konsertlə başa çatıb

Aprelin 30-da Beynəlxalq Caz Günündə Kamera və Orqan Musiqisi Zalında (Kirçe) “I Am Jazzman 2025” gənc ifaçılar müsabiqəsinin finalçılarının qala-konserti və mükafatlandırma mərasimi keçirilib. “I am Jazzman” müsabiqəsi yeni ulduzları işıqlandırır və gənc istedadlara öz bacarıqlarını böyük səhnədə caz peşəkarlarına və tamaşaçılara nümayiş etdirmək şansı verir.

Builki müsabiqənin qalibləri pianoçu Nurlan Hüseynzadə və vokalçı Elton Səlimov olub. Müsabiqənin qalibləri və finalçıları diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Bu il müsabiqə iki seçmə mərhələdə və həm vokalçıların, həm də instrumental ifaçıların çıxış etdiyi final mərhələsində keçirilib.
Qaliblər aşağıdakılardan ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib:

Rain Sultanov Azərbaycanın əməkdar artisti, Bakı Caz Festivalının təsisçisi və direktorudur.

Qasım Xəlilov milli klassik səhnənin ağsaqqaldır.

Diana Hacıyeva Azərbaycanın aparıcı caz vokalisti, Eurovision 2017 iştirakçısıdır.

Leyla Əfəndiyeva “I Am Jazzman” müsabiqəsinin direktoru, Azərbaycanda ilk caz jurnalı “Jazz Dünyası” baş redaktorudur, həmçinin ölkənin caz düşərgəsi layihəsinin direktorudur.

“I Am Jazzman” beynəlxalq müsabiqəsi Leyla Əfəndiyeva tərəfindən 2006-cı ildə Bakı Caz Festivalı əsasında təsis edilib və caz musiqiçilərinin başlanğıcı üçün əsas caz platformasına çevrilib. Müsabiqənin məqsədi cazı peşəkarcasına və ruhu ilə ifa edən istedadlı gənc musiqiçiləri tapmaqdır. Bu, istedadlı gənc musiqiçilərin üzə çıxarılması, inkişafı, hazırlanması və gələcək dəstəklənməsi üçün qoyulmuş uğurun işlək formuludur.

“I Am Jazzman” 2025 müsabiqəsi haqqında məlumat YUNESKO-da Herbie Hancock Caz Gününün Amerika saytında yerləşdirilib. Müsabiqə bütün dünyada Caz Gününü qeyd edən ümumdünya şəbəkəsinin bir hissəsidir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin