logo
TƏBİB-də Azərbaycanda işgüzar səfərdə olan Litva Respublikasının səhiyyə nazirinin müavini ilə görüş keçirilib

TƏBİB-də Azərbaycanda işgüzar səfərdə olan Litva Respublikasının səhiyyə nazirinin müavini ilə görüş keçirilib

TƏBİB-də Azərbaycanda işgüzar səfərdə olan Litva Respublikasının səhiyyə nazirinin müavini ilə görüş keçirilib TƏBİB-də Azərbaycanda işgüzar səfərdə olan Litva Respublikasının səhiyyə nazirinin müavini ilə görüş keçirilib

Görüşdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Litva Respublikasının Milli Səhiyyə Sığorta Fondunun baş icraçı direktoru Gintaras Katsaviçus, Rezident Tvinninq Müşaviri

Gediminas Çernyauskas, TƏBİB-in struktur bölmə rəhbərləri iştirak edib.

Görüş zamanı tibb sahəsində Azərbaycan-Litva əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Giriş sözü ilə çıxış edən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən səhiyyə və tibb sahəsində səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edib. V.Qurbanov TƏBİB, fəaliyyət prinsipləri və təqdim edilən tibbi xidmətlər, tabeli tibb müəssisələrinin idarəetmə mexanizmi barədə qonaqlara ətraflı məlumat verib.

Auşra Bilotiene Moteyuniene Litvanın səhiyyə sistemində TƏBİB-in funksiyalarını icra edən qurumun mövcud olmadığını və belə bir strukturun uğurlu təcrübə ola biləcəyini bildirib. O, ölkəsinin bu istiqamətdə təcrübə mübadiləsinə hazır olduğunu vurğulayıb.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə yekunlaşıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media