logo
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanılıb Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanılıb

Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində davam edən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 6 nəfər sərhəd pozucusu saxlanılmışdır.

Belə ki, aprel ayının 12-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində 1 nəfər (1996-cı il təvəllüdlü Shahroz Muhammad Pakistani), “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Rusiya Federasiyası istiqamətində isə 4 nəfər  (2006-cı il təvəllüdlü Haider İrfan Ali Vahab, 1994-cü il təvəllüdlü Rehman Zaid Jamil Abdul, 2002-ci il təvəllüdlü Hüssain Rahid Hüssain Hamid, 2003-cü il təvəllüdlü Asif Muhammed Noor) Pakistan İslam Respublikası vətəndaşı, “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində 1 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı (1990-cı il təvəllüdlü El Haouati Mohammad) dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılmışdır.

Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilmişdir.

Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin