logo
Sumqayıt Tibb Mərkəzi oftalmoloji aksiya keçirdi

Sumqayıt Tibb Mərkəzi oftalmoloji aksiya keçirdi

Sumqayıt Tibb Mərkəzi oftalmoloji aksiya keçirdi Sumqayıt Tibb Mərkəzi oftalmoloji aksiya keçirdi

Sumqayıt Tibb Mərkəzi (STM) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım gününə həsr olunmuş oftalmoloji aksiya keçirib.

Aksiyanın keçirilməsində məqsəd əhaliyə yerindəcə xidmət göstərmək, görmə patologiyasının erkən diaqnostikasını aşkarlayaraq həll olunmasına kömək etmək, profilaktik müalicə tədbirləri həyata keçirməkdir.

Hacı Zeynalabdin qəsəbəsində keçirilən aksiyada STM-nin  strukturuna daxil olan 2 nömrəli Şəhər Xəstəxanasının oftalmoloqları  və endokrinoloqu yerli sakinləri müayinə ediblər

Aparılan müayinələrdən sonra gözlərində problem müşahidə olunan şəxslərə qoyulan diaqnoza uyğun müvafiq tibbi təyinat yazılıb, əməliyyata ehtiyacı olanlar aidiyyati tibb müəssisəsinə yönləndirilib.

Qeyd edək ki, aksiya zamanı 120-ə yaxın pasiyent müayinə edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media