logo
Azərbaycanlı gənc dizaynerlər Antalyada "AFWEU Fashion Week Atlas"da iştirak edəcəklər

Azərbaycanlı gənc dizaynerlər Antalyada "AFWEU Fashion Week Atlas"da iştirak edəcəklər

Azərbaycanlı gənc dizaynerlər Antalyada "AFWEU Fashion Week Atlas"da iştirak edəcəklər Azərbaycanlı gənc dizaynerlər Antalyada "AFWEU Fashion Week Atlas"da iştirak edəcəklər

Birinci Beynəlxalq Bakı Mədəniyyət və Sənət Moda Həftəsinin (Baku Culture and Creative Fashion Week) təşkilatçıları Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova və AFWEU -nun (Asiya, Afrika, Amerika və Avropa qitələrini təmsil edir) təsisçisi Aydın Açık gənc dizaynerlərə sertifikatlar təqdim ediblər. Sertifikatlar 13 ali məktəb yetirməsinə verilib.

Təqdimat mərasimi universitet müəllimlərinin iştirakı ilə keçirilib.

Görüşdə təşkilatçılar bildiriblər ki, Birinci Beynəlxalq Bakı Mədəniyyət və Sənət Moda Həftəsində Azərbaycan, Qazaxıstan, Gürcüstan, Rusiya və Türkiyədən olan dizaynerlər, eləcə də yerli gənc istedadlar iştirak ediblər. Əvvəlcə gənc dizaynerlərin ən yaxşı əsərləri “Fashion Week Atlas” - Antalya Moda Həftəsində təqdim olunmalı idi, amma sonra qərar qəbul olundu ki, hər kəsə belə bir şans yaradılsın. Görüşdə gənclərin moda sənayesi sahəsində öz qabiliyyətlərinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, mayın 29-30-da keçiriləcək Antalya Moda Həftəsində gənc dizaynerlərin heç bir vəsait ödəmədən iştirakı əlamətdar hadisədir. Beləliklə, gənc istedadlar Türkiyədə beynəlxalq moda həftəsində tanınmış dizaynerlər ilə bərabər öz kolleksiyalarını təqdim edə biləcəklər. Aydın Açıkın və Gülnarə Xəlilovanın gənc dizaynerlərə belə bir önəmli dəstəyi və beynəlxalq təcrübə qazandırması alqışalayiqdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin