logo
Kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları keçirilib

Kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları keçirilib

Kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları keçirilib Kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları keçirilib

Bu gün GİN-nin Voleybol Mərkəzində XVIII turun üç qarşılaşması baş tutub.

Günün ilk oyununda “Neftçi” 3:0 hesabı ilə MOİK komandasına qalib gəlib.

Daha sonra “AZERRAIL” və “Xilasedici” klubları üz-üzə gəliblər. Gərginliyi ilə yadda qalan bu qarşılaşmada qalib tay-brekdə müəyyən olunub. “Xilasedici” 3:2 hesabı ilə “AZERRAIL”komandasına qalib gəlib.

Turun son oyunu isə “Murov Az Terminal” və “Gənclər” komandaları arasında olub. Bu oyunda isə qalib 3 setdə bəlli olub. “Murov Az Terminal” komandası meydandan 3:0 hesabı ilə qalib ayrılıb.

Oyunların nəticələri
Yüksək Liqa
8 aprel
XVIII TUR

MOİK - “Neftçi” 0:3 (21:25, 23:25, 18:25)

“AZERRAIL” - “Xilasedici” 2:3 (25:17, 25:19, 21:25, 25:27, 10:15)

“Murov Az Terminal” - “Gənclər” 3:0 (25:15, 26:24, 25:19)

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin