logo
Elvin Adıgözəlin yeni filmi "Mənim sehrli dünyam"ın dünya premyerası Almaniyada keçiriləcək

Elvin Adıgözəlin yeni filmi "Mənim sehrli dünyam"ın dünya premyerası Almaniyada keçiriləcək

Elvin Adıgözəlin yeni filmi "Mənim sehrli dünyam"ın dünya premyerası Almaniyada keçiriləcək Elvin Adıgözəlin yeni filmi "Mənim sehrli dünyam"ın dünya premyerası Almaniyada keçiriləcək

Ultra Production və Cinex Production birgə istehsalı olan, rejissor Elvin Adıgözəlin "Mənim sehrli dünyam" tammerajlı bədii filminin dünya premyerası bu il 25-si təşkil olunan nüfuzlu "goEast" kino festivalında baş tutacaqdır. Film festivalın 14 filmdən ibarət əsas müsabiqə proqramına daxil olub və 28 aprel 2025-ci il tarixində nümayiş olunacaq.

Elvin Adıgözəlin həm də ssenari müəllifi olduğu «Mənim sehrli dünyam» filmi istehsalat dövründə When East Meets West kino forumunun First Cut Lab və First Cut Plus proqramlarında iştirak edib və TRT (Türkiyə) televiziya kanalının mükafatına layiq görülüb.

Film, rayonların birində kənd ansamblında çıxış edən və Bakıda musiqili televiziya şousunda iştirak etməyi arzulayan iki uşaqlıq dostu – Babək və Sahilin hekayəsindən bəhs edir. Televiziya şousuna aparan yol, onların dostluqlarını sınağa çəkir və ansamblın üzvlərinin həyatı əbədi olaraq dəyişir.

Filmdə aktyorlar Cahangir Məlikov, Kamil Nazim, Kəmalə İsrafilova, Yusif Dadaşov, Ramiq Nəsirov, Xalıq Bəkirov, Zülfiyyə Nəzir Məmmədova, Zemfira Abdülsəmədova, İlqar Dadaşov, Mahir Mirişli, İskra Tarrant, Aygül Sadıhova və digərləri rol alıb. Filmin prodüserləri Emil Nəcəfov (Ultra production) və Mariya İbrahimovadır (Cinex production); co-prodüserlər Olqa Matat, Sergey Konnov və Vlad Dudkodur (Evos Film, Ukrayna).

"goEast" festivalı 23-29 aprel tarixlərində Almaniyanın Visbaden şəhərində keçirilir, festival əsasən Mərkəzi və Şərqi Avropa kinofilmlərinə fokuslanır və hər il festival çərçivəsində təqribən 110 bədii, sənədli, qısa metrajlı və VR işləri nümayiş etdirilir, həmçinin festival Şərq və Qərb arasında dialoq forumu funksiyasını yerinə yetirir.
«Mənim sehrli dünyam» Azərbaycan rejissoru Elvin Adıgözəlın dördüncü tammetrajlı filmidir. Bundan əvvəl o, «Buqələmun», «Qaranlıqdan reportaj», «Biləsuvar» kimi uğurlu filmlərə imza atıb.

Film haqqında əlavə məlumatı festivalın https://www.filmfestival-goeast.de/en/filme/my-magical-world-2/ səhifəsində tapa bilərsiniz.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin