logo
Şirin Məlikova TÜRKSOY Muzeylər Birliyi Koordinatorları Toplantısında ölkəmizi təmsil edir

Şirin Məlikova TÜRKSOY Muzeylər Birliyi Koordinatorları Toplantısında ölkəmizi təmsil edir

Şirin Məlikova TÜRKSOY Muzeylər Birliyi Koordinatorları Toplantısında ölkəmizi təmsil edir Şirin Məlikova TÜRKSOY Muzeylər Birliyi Koordinatorları Toplantısında ölkəmizi təmsil edir

8-9 aprel 2025-ci il tarixlərində Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərində  Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən təşkil olunmuş TÜRKSOY Muzeylər Birliyi ölkə koordinatorlarının ikinci toplantısı keçirilir. Tədbirdə ölkəmizi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova təmsil edir.Türk dövlətləri nümayəndələrinin qatıldığı “II Beynəlxalq mədəni mirası qoruma və araşdırma simpoziumu” adlı tədbirdə muzeylər arasında təcrübə mübadiləsi və əməkdaşlıqların genişləndirilməsi istiqamətində geniş müzakirələr aparılır.

Açılış mərasiminə qatılan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar öz çıxışında simpoziumun işinə və iştirakçılara uğurlar arzulayaraq türk dünyasının mədəni irsini qoruyub saxlamaq istiqamətində birgə fəaliyyət göstərməyin vacibliyini vurğulayıb.

Toplantı çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin birinci xanımı Sibel Tatarın iştirakı ilə Kipr Qapıları və Sandıqları Muzeyinin açılışı  baş tutub. S.Tatarın layihəsi və rəhbərliyi əsasında açılan muzeydə adanın tarixini, mədəni, etnik müxtəlifliyini əks etdirən müxtəlif qapıların replikaları və sandıqlar nümayiş olunur.

Beynəlxalq tədbirin sonuncu günündə iştirakçılar üçün mədəni proqram təşkil edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media