logo
"Azərbaycan muğamı" layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti təqdim olunub

"Azərbaycan muğamı" layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti təqdim olunub

"Azərbaycan muğamı" layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti təqdim olunub "Azərbaycan muğamı" layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti təqdim olunub

Aprelin 7- də Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan muğamı" layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti təqdim olunub. Konsertin məqsədi klassik ənənələri müasir yanaşmalarla təqdim etməkdir. Layihənin ilk konsertində tar, kamança və qanun alətlərində ifa edən sənətkarların ifaları təqdim olundu. İfaçılıq ənənələrinin yaşadılması və ötürlüməsinə yönələn bu layihə ayda bir dəfə olmaqla sənətsevərlərin görüşünə gələcək. İnanırıq ki, konsertlər alət ifaçılığının inkişafına öz töhfəsini verəcək.

Konsertdə tanınmış ifaçılar, Xalq artistləri Şəfiqə Eyvazova, Malik Mansurov, Əməkdar artistlər Təranə Əliyeva, Çinarə Mütəllimova, Vüsal İsgəndərzadə, Ələkbər Ələkbərov, beynəlxalq və respublika müsabiqə laureatları Aysu Sadıqova, Arifə İmanova, Ayaz İmranov, Elnur Mikayılov çıxış ediblər. Konsert tamaşaçıların böyük maraq və alqışları ilə qarşılanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media